AZE | RUS | ENG |


Gündüz İsmayılov: "Bölgələrin hamısında mədrəsələr yaradılıb və qeydiyyatdan keçirilib"

Gündüz İsmayılov:
"Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq bölgələrimizin hamısını əhatə etməklə, mədrəsələr formalaşdırılıb".
 
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri müavini Gündüz İsmayılov bildirib. 
 
G. İsmayılov deyib ki, mədrəsələrlə bağlı hüquqi prosedurlar formalaşdırılıb: "Bütün mədrəsələrin təsisçisi qanunvericiliyə uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsidir və mədrəsələr də artıq Dövlət Komitəsində dövlət qeydiyyatından keçib. Mədrəsələrin fəaliyyətə başlamasına gəlincə, əvvəlki dövrlərdə olduğu kimi, üç mədrəsə - Şəki İslam Mədrəsəsi, Bakı Şəbnəm Qızlar Mədrəsəsi və Zaqatala Əlibadad İslam Mədrəsəsi fəaliyyətini davam etdirir. Digər mədrəsələrin fəaliyyətə başlaması istiqamətində hazırda Qafqaz Müsəlmanları İdarəsi ilə birlgə fəaliyyətimiz davam edir".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN